Çində sərnişin təyyarəsi yandı - 40 nəfər xəsarət aldı

img

Çinin cənub-qərbindəki Çonqinq şəhərinin hava limanında göyərtəsində 122 nəfərin olduğu "Tibet Airlines" şirkətinə məxsus təyyarə uçuş-enmə zolağından çıxaraq alovlanıb.

 

Rezonans.az yerli KİV-lərə istinadla xəbər verir ki, "Airbus A319" model təyyarənin göyərtəsində 113 sərnişin və 9 ekipaj üzvü olub.

 

Hadisənin baş verdiyi Jiangbei Beynəlxalq Hava Limanının məlumatına görə, təyyarənin göyərtəsində olan 122 nəfər təxliyə edilib.

 

Onların arasına 40 nəfərdən çox yüngül xəsarət alanların olduğu bildirilir.

Xəbəri paylaş: