Ucuz tənqid, yaxud sosial mediada xoruzlanmaq göstərici ola bilməz - Deputat

img

“Müstəqillik tariximizi təhlil etsək, səmimi şəkildə deyə bilərik ki, 2023-cü ildə nəhayət biz bütün prinsipial konstitusion niyyətlərin realizəsini başa çatdıra bilmişik. Azərbaycan xalqının layiqli rifahı önündə əsas əngəl olan işğala birdəfəlik son qoyaraq, azad olunmuş ərazilərə böyük qayıdışın əsas mərhələsinə start verərək hamının layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində həlledici addımlar atılıb. Siyasi islahatların dərinləşməsi ilə demokratik quruluşa və vətəndaş cəmiyyətinin bərqərar edilməsinə təminat verilib”.

 

Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov bildirib. 

 

O qeyd edib ki, 7 fevral növbədənkənar prezident seçkiləri əslində həm də dövlətçilik tariximizin yeni inkişaf mərhələsinə keçid olacaq.

İndi növbə vətəndaşındır, seçkidə aktivlik göstərməklə yeni quruculuq prosesinə töhfə hər bir azərbaycanlının vəfa borcudur. Əlbəttə, hər kəs seçimini sərbəst edəcək və burda heç bir çağırış etmək niyyətində deyilik. Amma artıq Qorbaçovun xeyir-duası ilə formalaşan cəbhə təfəkküründən qurtulmaq vaxtıdır.

 

Hakimiyyətə münasibətdə ucuz tənqid, yaxud sosial mediada xoruzlanmaq müstəqilliyin göstəricisi ola bilməz. Hər bir cəmiyyətdə ən müstəqil şəxslər elə dövlətinə arxalanan adamlardır. Ona görə də artıq Azərbaycan vətəndaşı dövlətin adamıyam deməkdən nəinki çəkinməməli, Heydər Əliyev dövlətinin adamı olmaqdan qürur duymalıdır. Bu gün ya Avropada kiminsə qucağında oturub, ya da Bakıda çiyinində çantası səfirliklərin ətrafında veyillənərək özünü xarici ölkələrə satır.

 

İndi 2024 yeni başlancığdır, bizim üçün təməlində böyük uğurlarımızın, zəfərlərimizin dayandığı milad ilidir, arınmaq ilidir. Şansdır, arınsınlar təmislənsinlər bu çirkabdan və qalibiyyətin çətiri altına yığışsınlar”,- deyə deputat bildirib.

Xəbəri paylaş: