Bakıda sexdə yanğın olub

img

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən sexdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən Rezonans.az-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Məlumata əsaəsn, sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş: