"Vaşinqton və Seulu məhv etməyə hazır olmalısınız!" - Kim Çen In

img

"Əgər ABŞ və Cənubi Koreya KXDR-ə qarşı hərbi qarşıdurma yolunu seçsələr, Ş.Koreya ən kiçik tərəddüd etmədən sarsıdıcı zərbə vuracaq və bütün mövcud arsenalından istifadə edərək düşmənin paytaxtlarını məhv edəcək".

Rezonans.az KCNA-ya istinadən xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun komandirləri ilə Yeni il görüşündə müvafiq bəyanatla çıxış edib.

"Rəqiblər anti-respublika hərbi qarşıdurmanı seçsələr, zərrə qədər tərəddüd etmədən sarsıdıcı zərbə vurmalı və bütün fövqəlqüdrətli vasitələrin arsenalından istifadə edərək düşmənin paytaxtlarını və hərbi quldur dəstələrini tamamilə məhv etməlidirlər", - o, çıxışında qeyd edib. 

Xəbəri paylaş: