Gəncə sakini Biləsuvarda külli miqdarda narkotik vasitə ilə saxlanıldı

img

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Gəncə şəhər sakini Elnur Allahverdiyev külli miqdarda narkotik vasitə ilə saxlanılıb.

Bu barədə Rezonans.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, şəxsi axtarış zamanı ondan 2 kiloqram heroin, 535 qram tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: