Siyəzəndə güclü külək evin damını uçurdu - VİDEO

img

Siyəzən şəhəri, Ərzuman Cabbarov küçəsində yerləşən və vətəndaş Aidə Əsədovaya məxsus olan evin dam örtüyü güclü külək nəticəsində yararsız vəziyyətə düşüb.

Bu barədə Rezonans.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, evin dam örtüyünün yararsız vəziyyətə düşməsi, ailənin yaşayış yerinin olmaması barədə quruma məlumat daxil olub. Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən ailə üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq təhvil verilib.


Xəbəri paylaş: