Yanvarın ilk günləri qarsız keçəcək - Proqnoz

img

2024-cü ilin yanvar ayının ilk ongünlüyündə  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi bəzi günlərdə arabir güclənəcək.

Rezonans.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, bölgələrdə də əsasən yağmursuz hava şəraiti gözlənilsə də, lakin ongünlüyün ortalarında, əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, qərb küləyinin arabir güclənəcəyi  proqnozlaşdırılır.

Xəbəri paylaş: