Blinkenin İsrailə səfəri təxirə salındı

img

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfərini təxirə salıb.

Rezonans.az xəbər verir ki, bu barədə məlumatı “The Times of Israel” yayıb.

Qeyd olunur ki, Blinkenin bu həftənin sonuna planlaşdırılan səfəri gələn həftənin əvvəlinə təxirə salınıb.

Nəşrin yazdığına görə, Blinkenin İsrailə səfərinin təxirə salınması yanvarın 2-si HƏMAS rəhbərliyinin üzvü Saleh əl-Arurinin Livanda öldürülməsi ilə bağlı deyil.

Xəbəri paylaş: