Yaponiyanın Rusiyaya satışı qadağan etdiyi məhsulların SİYAHISI

img

Yaponiya hökuməti Rusiyaya ixracı qadağan edilən mal və texnologiyaların siyahısını genişləndirib. Siyahıya yüksək texnologiyalı avadanlıqlar, o cümlədən 3D printerlər və kvant hesablamaları üçün avadanlıq daxil edilib.

 

Rezonans.az bu barədə Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin saytına istinadən xəbər verir.

Qadağa hökumət tərəfindən təsdiqlənib və mayın 20-dən qüvvəyə minəcək.

 

Aşağıdakı məhsullar Rusiyaya satmaq qadağan olunacaq:

 

- kvant kompüterləri və digər oxşar qurğular, habelə onlar üçün ehtiyat hissələri;

 

- mikroskoplar;

 

- bunun üçün istifadə olunan modelləşdirmə avadanlığı (3D printerlər) və metal tozları;

 

- üzvi işıq diodlarının istehsalı üçün avadanlıq;

 

- mikroelektromexaniki sistemlərin istehsalı üçün avadanlıq;

 

- hidrogen yanacağının istehsalı üçün avadanlıq;

 

- vakuum nasosları;

 

- həddindən artıq aşağı temperatur üçün nəzərdə tutulmuş soyutma avadanlığı, eləcə də onun komponentləri;

 

- dəzgahlar üçün ədədi idarəetmə qurğuları.

Xəbəri paylaş: