Türkiyə kəşfiyyatı İraqda əməliyyat keçirdi

img

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Süleymaniyyə şəhərində Türkiyəyə qarşı əməliyyat planları hazırlayan PKK terrorçusu Sadık Şeyx Əhmədi zərərsizləşdirib.

Rezonans.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

MİT-in apardığı araşdırmalarda Əhmədin Pencevin çölündə fəaliyyət göstərən və Türkiyəyə qarşı əməliyyat planlaşdıran Eriş Berxvedan kod adlı terrorçu olduğu müəyyən edilib.

Kəşfiyyatçılar onun yerini müəyyən edib. Sadık Şeyx Əhməd MİT-in keçirdiyi əməliyyatla zərərsizləşdirilib.

Xəbəri paylaş: