Ağdamda 5 otaqlı ev YANDI

img

Ağdamda 5 otaqlı ev yanıb.

Rezonans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirib ki, Ağdam rayonunun Qaradağlı kəndində ümumi sahəsi 150 m² olan kürsülü birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Bitişik tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş: