İndoneziyada qatarlar toqquşdu, ölənlər var

img

İndoneziyada iki sərnişin qatarının toqquşması nəticəsində azı 3 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Bandunq şəhəri yaxınlığındakı Sikalenqa stansiyasında baş verib. Qatarlardan biri şəhər mərkəzi ilə şəhərətrafı arasında hərəkət edən, digəri isə Surabaya şəhərindən gələn qatar olub. 

Hadisə yerində axtarış işləri və təhqiqat aparılır.

Xəbəri paylaş: