Laçında həlak olan gizirlə vida mərasimi keçirilir

img

Laçında hərbi nəqliyyat vasitəsinin qəzaya düşməsi nəticəsində həlak olan hərbi qulluqumuz 28 yaşlı Həsən İsmayılovla vida mərasimi keçirilir. Mərasim gizirin Gəncədə yaşadığı evdə baş tutub.

Rezonans.az xəbər verir ki, vida mərasiminə  28 yaşlı Həsən İsmayılov ailə üzvləri, hərbçi yoldaşları və şəhər ictimayəti qatılıb. Mərasimdən sonra yol qəzasında həlak olan gizir Gəncənin şəhidlər xiyabanında dəfn ediləcək. Həsən İsmayılov ailəli olub,onun iki az yaşlı övladı var.

Xatırladaq ki, ötən gün səhər saatlarında Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.

Qəza nəticəsində Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu ölüb, 10 yaxın hərbçi isə yaralanıb.

Xəbəri paylaş: