Finlandiyada 21-ci əsrin temperatur rekordu qeydə alındı

img

Yanvarın 5-nə keçən gecə Finlandiyada 21-ci əsrin temperatur rekordu qeydə alınıb.

Rezonans.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Finlandiya Meteorologiya İnstitutu məlumat yayıb.

“Finlandiya 21-ci əsrdə gecə ərzində ən soyuq temperaturu Enontekiyö hava limanında mənfi 44,3 dərəcəyə endiyi zaman qeydə alıb”, - açıqlamada bildirilib.

Qeyd edək ki, Enontekiyö hava limanı Finlandiyanın Laplandiya əyalətinin eyniadlı kommunasında yerləşir. Enontekiyöda orta illik temperatur Finlandiyada ən aşağıdır. Burada yay qısa və sərin olur.

Yanvarın 4-də Finlandiyada bu qış üçün temperatur rekordu qeydə alınıb - mənfi 42,1°C.

Xəbəri paylaş: