Şəmkirdə dəmiryolu xəttinin yaxınlığında silah-sursat TAPILDI

img

Şəmkirdə dəmiryolu xəttinin yaxınlığında silah-sursat tapılıb. 

Rezonans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Şəmkir rayonunun Keçili kəndi ərazisindəki dəmiryolu xəttinin yaxınlığında 1 ədəd “F-1” qumbarası, 2 ədəd tüstüverici şaşka, 1 ədəd alışdırıcı, 42 ədəd müxtəlif çaplı patron və 2 ədəd patron darağı tapılıb.

Xəbəri paylaş: