Bank kartları ilə bağlı problem saatlardır davam edir - Rəsmi açıqlama

img

Bir neçə saatdır sosial şəbəkələrdə bəzi banklara məxsus kart əməliyyatlarında problem yarandığı ilə bağlı məlumat yayılır. Müştərilər bildirir ki, kartlar bloklanıb, heç bir əməliyyat həyata keçirmək mümkün deyil.

Rezonans.az xəbər verir ki, məsələ ilə bağlı “Azərikard” açıqlama yayıb:

“Azərikard” prosessinq mərkəzinin xidmət göstərdiyi bankların ATM-lərindən, POS-terminallarından və mobil tətbiqlərindən istifadə zamanı məhdudiyyətlər yaranıb.

Texniki xidmət göstərən şirkətlə birgə məsələ ilə bağlı tədbirlər görülür və problem tezliklə həll olunacaq” , - deyə, məlumatda qeyd olunur.

Xəbəri paylaş: