Baləkəndə mikroavtobus piyadanı vurub öldürdü

img

Baləkəndə mikroavtobus piyadanı vuraraq öldürüb.

Bu barədə Rezonans.az-a DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, yanvarın 6-sı rayonun Püştətala kəndində Ülvi İsmayılov idarə etdiyi “Mercedes” markalı mikroavtobus ilə yolu keçən piyada, 2001-ci il təvəllüdlü Alqayev Abdulla Kənan oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.

Xəbəri paylaş: