Yaponiyanın qərbində baş verən 7,6 bal gücündə zəlzələ dağıntılara və can itkisinə səbəb olub.
Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələdən təsirlənən bölgələrdən biri də Suzu şəhəri olub. Belə ki, baş verən ölümcül zəlzələdən 5 gün sonra 90 yaşlı qadın dağıntılar altından sağ çıxıb.
Xilasedicilər uçmuş binanın altından yaşlı qadını sağ-salamat çıxarıblar. Qadın xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, təbii fəlakət nəticəsində ümumi 126 nəfər həyatını itirib, onlarla insan yaralanıb.