Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edən Əməkdar artist Aygün Bəylərin cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı sənədləşmə işləri yekunlaşıb.
Bu barədə Rezonans.az-a Mədəniyyət Nazirliyindən bildirilib.
A. Bəylərin cənazəsini gətirən təyyarə Türkiyə vaxtı ilə saat 14:00-da (Azərbaycan vaxtı ilə saat 15:00-da) xüsüsi reyslə Ankaradan Bakıya yola düşəcək.
Vida və dəfn məsələləri haqda cənazə Bakıya çatdıqdan sonra əlavə məlumat veriləcək.










