Belqorod sakinləri şəhəri tərk edirlər

img

Rusiyanın Belqorod vilayətlərinin sakinləri bölgəni tərk etmək məcburiyyətində qalıblar.  

Rezonans.az xəbər verir ki, bu barədə bölgə qubernatoru Vyaçeslav Qladkov məlumat paylaşıb. 

"Biz ən təhlükəsiz yerə köçmək qərarına gələn ilk Belqorod sakinləri ilə görüşdük. 100-dən çox insan müvəqqəti yerləşdirmə mərkəzlərinə yerləşdirilib”, - deyə o yazıb.

Qeyd edək ki, Ukrayna ilə sərhəddə yerləşən bölgə tez-tez raket və PUA hücumlarına məruz qalır.  

Xəbəri paylaş: