Yük maşını qəsdən yandırıldı

img

Bakıda yük avtomobili qəsdən yandırılıb.

Rezonans.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə yanvarın 4-nə keçən gecə Nərimanov rayonu ərazisində baş verib.

“MAZ” markalı avtomobilin şüşələrinin sındırılması, salonunun isə yandırılması barədə polisə məlumat daxil olub.

Nərimanov RPİ 17-ci Polis Şöbəsinin keçirdiyi tədbirlərləəməli törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş E.Eyvazov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbəri paylaş: