Bayram günlərində milli parklara gedən turistlərin sayı açıqlandı

img

2024 -cü "Yaşıl dünya naminə həmrəylik" ilinin ilk bayram günlərində Azərbaycanın müxtəlif ekosistemlərini əhatə edən milli parklara 5005 turist səfər edib. 

Bu barədə Rezonans.az-a Ekolgiya və Təbii Sərvətlər Nazirliyindən məlumat veerilib.

Ölkə üzrə rəngarəng təbiət komplekslərinə malik 10 milli park fəaliyyət göstərir və hər gün ekoloji turizm həvəskarları üçün açıqdır. Milli parklarda meşə, dağ, dəniz və digər təbii ekosistemləri əhatə edən 116 ekoturizm marşrutu mövcuddur.

Milli parklar xüsusi mühafizə edilən təbiət əraziləri olmaqla, ətraf mühitin, bioloji müxtəlifliyin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində Azərbaycanın beynəlxalq səviyyədə götürdüyü öhdəliklərin yerinə  yetirilməsində xüsusi əhəmiyyət kəsb edir.

Xəbəri paylaş: