Aİ Qırmızı dənizdə hərbi missiyasının yaradılmasını müzakirə edəcək

img

Avropa İttifaqı bu həftə Qırmızı dənizdə özünün hərbi missiyasını işə salmağı müzakirə etməyə başlayacaq.

Rezonans.az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Cozep Borrelin nümayəndəsi Piter Stano bildirib.

“Borrell Qırmızı dənizdə ayrıca Aİ hərbi missiyasının işə salınması təklifini təqdim edəcək”, - o deyib.

O, həmçinin qeyd edib ki, belə bir missiyanın işə salınması üçün Aİ Şurasında yekdil qərara nail olmaq lazımdır. Stanonun sözlərinə görə, Aİ ölkələrinin əksəriyyəti ABŞ-nin Qırmızı dənizdəki əməliyyatında iştirakdan imtina etsə də, ABŞ-lə sıx koordinasiyada hərəkət edəcək.

Xəbəri paylaş: