Gələn həftə deputatların tətili başa çatır

img

Gələn həftə Milli Məclisin deputatlarının tətili başa çatır.

Rezonans.az xəbər verir ki, millət vəkillərinin ötən ilin dekabrın 30-dan başlayan tətil müddəti yanvarın 15-də bitəcək

Gələn həftədən etibarən komitə iclaslarının keçirilməsinə başlanılacaq.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə – iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Parlamentin yaz sessiyası isə fevralın 1-də başlayıb mayın 31-dək davam edəcək.

Xəbəri paylaş: