Bakıda mebel sexi yandı

img

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 80 m² olan köməkçi tikilinin (mebel sexi kimi fəaliyyət göstərir) divarına quraşdırılan elektrik sayğacı, dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və içərisində olan avadanlıqlar 5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Rezonans.az-a bildirilib ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş: