BMT-nin helikopteri qaçırıldı - 8 girov var

img

Somalidə BMT missiyasının helikopteri silahlı şəxslər tərəfindən qaçırılıb. 

Rezonans.az “Wall Street Journal” qəzetinə istinadən xəbər verir ki, helikopterin göyərtəsində Keniya, Uqanda və Misir vətəndaşları olmaqla 9 nəfər olub. 

Helikopterin “Əş-Şabab” radikal qruplaşmasının üzvləri tərəfindən ələ keçirildiyi və onların göyərtədə olan misirli həkimi qətlə yetirdikləri bildirilir. Digər şəxslər isə girov saxlanılır. 

BMT-nin yüksəkvəzifəli məmurlarından birinin məlumatına görə, təşkilat sözügedən insidenti həll etmək üçün fövqəladə işçi qrupu yaradıb.

Xəbəri paylaş: