“Azəriqaz”da media və QHT nümayəndələri ilə növbəti görüş olacaq

img

"Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 12 yanvar saat 11:00-da başlayacaq.

Rezonans.az xəbər verir ki, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.

Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

Xəbəri paylaş: