Türkiyə ordusu yenə şəhid verdi

img

İraqın şimalında “Pəncə-Kilit” əməliyyatı zamanı Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi şəhid olub.

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanvarın 11-də “Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatının keçirdiyi sızma cəhdi nəticəsində çavuş Səməd Aslan şəhid olub:

“Bir qəhrəman silahdaşımız isə yaralanıb. O, dərhal xəstəxanaya çatdırılıb”.

Hazırda 2022-ci ilin aprelindən başlayan əməliyyatlar davam etdirilir.

Xəbəri paylaş: