Evinin hamamında yanmış meyiti tapıldı

Evinin hamamında yanmış meyiti tapıldı

Gəncə şəhər sakininin hamam otağında yanmış meyiti aşkarlanıb.

Rezonans.az xəbər verir ki, hadisə dünən saat 10 radələrində şəhərin İstanbul küçəsi, ev 23-də baş verib. Ev sahibi Sadıqov Nəsrəddin Mirzə oğlunun yaşadığı evin hamam otağında natamam yanmış meyiti aşkar olunub.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Xəbəri paylaş: