Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirilən əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibirli, ov silahlarını polisə könüllü təhvil veriblər.
Rezonans.az xəbər verir ki, 4-ü yivli olmaqla ümumilikdə 15 silah polis əməkdaşları tərəfindən qəbul edilərək müvafiq ekspertizaya təqdim edilib.