Naxçıvanda boşananlar azalıb

img

Ötən il Naxçıvan Muxtar Respublikasında 1 545 nikah qeydə alınıb.

Rezonans.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, boşanmaların sayı 562 təşkil edib. 2022-ci illə müqayisədə 2023-cü ildə Naxçıvanda nikah saylarında 248, boşanma saylarında isə 118 azalma müşahidə olunub.

Muxtar respublikada ən çox qeydə alınan nikah və boşanma halları Şərur rayonunda və Naxçıvan şəhərində qeydə alınıb.

Xəbəri paylaş: