"Səyyar qəbul otağı" həftəlik işini Ağdaş rayonunda başa vurdu

img


Həftənin sonuncu "Açıq mikrofon" aksiyası Ağdaş rayonunun Qaradeyin kəndində baş tutub. "Səyyar qəbul otağı"na 30-dək kənd sakini qatılıb. 


Rezonans.az xəbər verir ki, mikrofon önünə keçən vətəndaşlar sözügedən kəndə daşıyıcı qaz xəttinin çəkilməsi münasibəti ilə ölkə başçısına minnətdarlıqlarını ünvanlayıblar. SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbərliyi təbii qazdan təhlükəsiz istifadə qaydalarını görüş iştirakçılarının diqqətini çatdırıb.

Xəbəri paylaş: