İsrailin ölkəmizdəki səfirliyi Beynəlxalq Ədalət Məhkəməsinə etiraz etdi

img

“Beynəlxalq Ədalət Məhkəməsində baş verənlər ədalət sözünün təhrifidir və insan haqlarına inanan hər kəs üçün biabırçılıqdır”.

Rezonans.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı Səfirliyinin instaqram hesabında paylaşım edilib.

Paylaşımda 7 oktyabr qətliamının qurbanlarının yanında olduqları, bununla belə, öldürülənlər, zorlananlar, qaçırılanlar, kişilər, qadınlar və uşaqlar üçün ədalətin bərqərar olacağına dair söz verilib.

Xatırladaq ki, Cənubi Afrika Respublikası 7 oktyabrdan bəri İsraili Qəzza əhalisinə qarşı soyqırım törətməkdə ittiham edərək, Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırıb.

Xəbəri paylaş: