Türkiyədə siyasi partiyaların bütün tədbirləri təxirə salındı

img

Türkiyədə siyasi partiyaların yanvarın 14-ə planlaşdırılan bütün tədbirləri təxirə salınıb.

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, tədbirlərin başqa tarixə təxirə salınmasının səbəbi Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında apardığı “Pençe-Kilit” antiterror əməliyyatı zamanı türk əsgərlərinin şəhid olmasıdır.

Xatırladaq ki, sözügedən antiterror əməliyyatı zamanı 9 türk əsgəri şəhid olub, 4 əsgər yaralanıb.

Xəbəri paylaş: