43 yaşlı qadın dəm qazından öldü

img

Sabirabadda 43 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.

Rezonans.az xəbər verir ki, hadisə Sabirabad şəhəri Heydər Həmidov küçəsində qeydə alınıb.

1981-ci il təvəllüdlü Ağayeva Sahilə Saleh qızı yaşadığı evdə dəm qazından zəhərlənib. O, Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbəri paylaş: