Xankəndidə yenə silah-sursat aşkarlandı

img

Xankəndi şəhərində silah-sursat aşkarlanıb.

Rezonans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 12-də Xankəndi şəhəri ərazisində 2 ədəd pulemyot, 26 ədəd müxtəlif markalı avtomat silahı, 5 ədəd tapança, 10 ədəd müxtəlif markalı tüfəng, 3482 ədəd müxtəlif çaplı patron, 97 ədəd patron darağı və digər sursatlar aşkar olunaraq götürülüb.

Xəbəri paylaş: