Rusiyada inflyasiya son 20 ilin ZİRVƏSİNDƏ

Rusiyada inflyasiya son 20 ilin

Rusiyada illik inflyasiya aprel ayında 17,83 faizə çatıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Rusiya Federal Statistika İnstitutu (Rosstat) məlumat yayıb.

 

Bu, 2002-ci ilin yanvarından bəri ən yüksək səviyyədir.

 

Məlumata görə, aprel ayında ölkədə ərzaq məhsullarının qiyməti 20,5 faiz artıb. Sözügedən dövrdə qeyri-ərzaq məhsullarının qiymətləri 20,2 faiz, xidmət məhsullarının qiymətləri isə 10,9 faiz bahalaşıb.

 

Rusiya Mərkəzi Bankının proqnozlarına görə, 2022-ci ildə ölkədə illik inflyasiyanın 18-23 faiz arasında olacağı gözlənilir.

Xəbəri paylaş: