Yardımlıda onotaqlı ev yandı

img

Yardımlı rayonunun Porsova kəndində ümumi sahəsi 300 m² olan ikimərtəbəli 10 otaqlı evin yanar konstruksiyaları 280 m² sahədə yanıb.

Rezonans.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş: