Uşaq evi sakini və ana-qız itkin düşüblər

img

Bakıda 3 nəfər itkin düşüb.

Rezonans.az xəbər verir ki, 2010-cu il təvəllüdlü C.Ağayev dünən saat 15:30 radələrində Xətai rayonu Lütfi Zadə küçəsində yerləşən 3 saylı uşaq evindən çıxaraq geri qayıtmayıb.

Bundan başqa 1995-ci il təvəllüdlü Əzizxanım Ağasiyeva Əzizxanım qızı və onun 2017-ci il təvəllüdlü qızı yanvarın 13-ü saat 15 radələrində yaşadıqları Sabunçu rayonu, Nardaran qəsəbəsindəki evdən çıxaraq geri qayıtmayıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: