Şəmkirdə ağır qəza, ölən və xəsarət alan var

img

Şəmkirdə ağır yol qəzası baş verib.

Rezonans.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı yük maşını digər "Zil" markalı su daşıyan maşına arxadan çırpılıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon şöbəsinin xilasediciləri xəsarət almış sürücülərdən birini ağır vəziyyətdə maşından çıxarıb.

Sərnişin isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: