Sahibkarlarla növbəti görüş Şabran rayonunda keçiriləcək

img

“Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şabran rayonunda görüşü təşkil olunacaq. 


Rezonans.az xəbər verir ki, aksiya Heydər Əliyev Mərkəzində baş tutacaq. “Səyyar qəbul otağı” yanvarın 17-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Xəbəri paylaş: