Britaniya NATO təlimlərinə 20 min hərbçi göndərəcək

img

Böyük Britaniya NATO-nun Avropada keçiriləcək genişmiqyaslı təlimlərinə 20 min hərbçi göndərəcək.

Rezonans.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb. 

Bununla yanaşı, Britaniya bu ilin ilk yarısında baş tutacaq bu təlimlərə hərbi gəmi və qırıcılar da göndərəcək.

Xəbəri paylaş: