Prezidentdən Ramiz Əskərovla bağlı - Sərəncam

img

Prezident İlham Əliyev yazıçı, jurnalist Ramiz Əskərovla bağlı Sərəncam imzalayıb.

Rezonans.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli fəaliyyətinə görə Ramiz Baxşəli oğlu Əskərov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, yanvarın 10-da R. Əskərovun 70 yaşı tamam olub. O, 2014-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Xəbəri paylaş: