
İyul-sentyabr aylarında Ukrayna Ordusunu çətin döyüşlər gözləyir.
Rezonans.az xəbər verir ki, bunu Youtube kanalına müsahibəsində Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Aleksiy Arestoviç deyib.
O, həmin aylarda Ukrayna Silahlı Qüvvələrinin hücuma keçəcəyini, Rusiya ordusunun özünü müdafiə edəcəyi proqnozlaşdırıb.
“Güman edirəm ki, iyul-avqust ayları çox çətin döyüşlərə səhnə olacaq, böyük ehtimalla biz hücum etməyə, rus ordusu isə müdafiə olunmağa çalışacaq...”
Aleksey Arestoviç bildirib ki, Rusiya Federasiyasının “məğlubedilməz” ordusu Ukrayna Silahlı Qüvvələri qarşısında çökəcək.