Azərbaycanda muzdla çalışanların sayı açıqlandı

img

“Azərbaycanda 1,7 milyon muzdla çalışan insan var”.

Rezonans.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

O bildirib ki, muzdla çalışanların 52 faizi dövlət, 48 faizi isə özəl sektorun payına düşür: “Sevindirici haldır ki, muzdla işləyənlərin faiz nisbətində özəl sektor dövlətlə bərabərləşmək üzrədir. Ən çox muzdla çalışanlar təhsil sahəsinin payına düşür - 330 min nəfər. İkinci yerdə 225 min muzdlu işçi ilə sənaye sahəsi durur”.

Xəbəri paylaş: