Biləcəri TXM-də tüstülənmə olub

img

Bu gün səhər saat 10:35 radələrində Biləcəri Texniki Xidmət Məntəqəsinin dam örtüyündə tüstülənmə hadisəsi baş verib.

Bu barədə Rezonans.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

“ADY-nin yanğınsöndürmə qatarı və FHN-nin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri dərhal hadisə yerinə cəlb edilib. Operativ tədbirlər nəticəsində tüstülənmənin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb”, - məlumatda qeyd edilib.

Xəbəri paylaş: