Onlara aylıq müavinət verilməyəcək

img

“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nda dəyişiklik edilib.

Rezonans.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Dəyişikliyə əsasən, aylıq müavinət müddətli həqiqi hərbi xidmətdən boyun qaçırmış məcburi köçkün statusu olan şəxslərə şamil edilməyəcək.

Xəbəri paylaş: