Axtarış-xilasetmə işləri yekunlaşdırıldı

img

Binəqədidə mebel sexində baş vermiş partlayışla bağlı axtarış-xilasetmə işləri yekunlaşdırılıb.

Rezonans.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında bildirilir.

Belə ki, dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq, axtarış-xilasetmə işləri yekunlaşdırılıb.

Qeyd edək ki, hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətlərı alaraq tibbi yardım üçün müraciət edib, onlardan 3 nəfər FHN-in əməkdaşları tərəfindən ərazidə aparılan axtarış-xilasetmə işləri zamanı dağıntılar atından sağ çıxarılıb, 9 nəfər isə həlak olub.

Xəbəri paylaş: