“Yoluxucu xəstəliklərlə bağlı vəziyyət sabit deyil”

img

“Azərbaycanda yoluxucu xəstəliklərlə bağlı epidemioloji vəziyyət sabit deyil. Bir çox yoluxucu xəstəliklər baş qaldırır”.

Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, COVID artıq təhlükəli xəstəlik deyil:

“Bəzən onu ayaqüstü keçiririk, heç bilmirik. İndi ölkəmizdə qızılca ilə bağlı vəziyyət yaxşı deyil. Uşaqlarla yanaşı, yaşlılar, 30-40 yaşlı insanların qızılcaya yoluxması halları var. Yoluxucu xəstəliklər gərək daim nəzarətdə olsun. Bu səhiyyənin elə sahəsidir ki, bura nəzarət bir qədər azalan kimi orada alovlanma başlayacaq.

Hər hansı yoluxucu xəstəliyin ölkədə silinməsi, getməsi onun tamamilə yox olması demək deyil. O hər zaman geri qayıda bilər. Ona görə bu sahədə çalışan mütəxəssislərimiz çox ciddi işlər görməlidir”.

Ə.Əmiraslanov əlavə edib ki Milli Məclisin yaz sessiyası müddətində digər qurumların iştirakı ilə “Yoluxucu xəstəliklərlə mübarizə: qızılca infeksiyası ilə bağlı ölkədəki mövcud vəziyyət, peyvəndləmə və görülən tədbirlər”ə dair dinləmənin keçirilməsi nəzərdə tutulub.

Xəbəri paylaş: