Pakistan ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi

img

Pakistan İranla münasibətlərin kəskinləşməsi fonunda ordusunu hazır vəziyyətə gətirib.

Rezonans.az xəbər verir ki, bu barədə “Reuters”ə Pakistan təhlükəsizlik xidmətinin yüksəkvəzifəli nümayəndəsi bildirib.

“Pakistan Silahlı Qüvvələri son dərəcə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib”, - agentliyin məlumatında deyilir.

Mənbə əlavə edib ki, Pakistan İran tərəfinin istənilən yanlış addımına güc yolu ilə cavab verəcək.

Qeyd edək ki, Pakistanın İrana raket hücumu nəticəsində 9 nəfər həyatını itirib.

Xəbəri paylaş: